Tez-tez soruşulan suallar

FAQ

Nəriman Nərimanov rayonu, Fətəli Xan Xoyski 111 A

İlkin olaraq saytımızda "qeydiyyatdan" keçməlisiniz.Daha sonra "Sifariş et " xidmətindən istifadə etmək üçün "Sifariş et" butonuna click edirsiz.Seçdiyiniz məhsulun linkini və məlumatlarını müvafiq xanalara qeyd etdikdən sonra səbətinizə əlavə edirsiz.Balansınızı artırıb ,məhsulun ödənişini etdikdən sonra sifarişinizi bizə həvalə etmiş olursuz

TL balansı saytımıza yerləşdirdiyiniz Türkiyə sifarişlərinizin ödənişini, USD balansı isə bağlamanızın Bakıya çatdırılma ödənişini etməyiniz üçün nəzərdə tutulmuşdur. Ölkələrarası çatdırılma ödənişlərinin TRY balansı ilə ödənilməsi mümkün deyildir. Balanslararası dəyişiklik edilmir, məbləği USD balansından TL balansına və ya əksinə göndərmək mümkün deyil.Ancaq, balansınıza kart vasitəsilə yüklədiyiniz məbləği bank kartınıza geri ala, ofisimizdə nağd şəkildə balans artımı etdiyiniz təqdirdə isə ofisimizdən vəsiqənizin əsli ilə nağdlaşdıra bilərsiniz.

Sizin istənilən saytdan etdiyiniz sifarişin bizim anbarımıza çatdırılması həmin ölkədəki kuryer şirkətləri tərəfindən həyata keçirilir. O şirkətlər bağlamanızı çatdırmaq üçün müəyyən məbləğ tələb edirlər. Həmin məbləğ məhsul sifariş etdiyiniz saytlarda görünür. Bəzi saytlarda alış-verişinizin məbləği yüksək olduqda ölkədaxili karqo pulu alınmır.

Onlayn ödəməsi mövcüd olan və xarici anbarımıza çatdırılma edən güvənilir bütün saytlardan sifariş verməyiniz mümkündür

Sifariş olunan bağlamanın daşınma haqqı xarici anbarımıza daxil olduqdan sonra çəkiyə görə hesablanır. Fiziki çəki – Bağlamanın qablaşdırılmış vəziyyətdə tərəzidə görünən çəkisidir; Həcm çəkisi – Bağlamanın ölçüləri əsasında hesablanan çəkidir. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) qaydalarına əsasən Hava Nəqliyyatı ilə daşınılan yüklərin həm həcm həmdə fiziki çəkisi hesablanmalıdır və alınan göstəricilərdən böyük olanı daşınma haqqının hesablanması üçün əsas çəki kimi qəbul edilməlidir. Həcm çəkisinin Beynəlxalq Hesablama Qaydalarına uyğun olaraq hesablanma formulu aşağıdakı kimidir: (En x Uzunluq x Hündürlük)/6000 = Həcm çəkisi (kg)

Bəzən sifarişiniz satıcı firma, yəni sifariş etdiyiniz online mağaza tərəfindən ləğv edilir.Bunun səbəbi satıcı firmanın sifarişinizi müəyyən səbəblərdən tədarük edə bilməməsidir.

Hazırda sifarişlərin şəxsi dəyər limiti bir təqvim ayı ərzində 300 (USD) ABŞ dolları müəyyyən edilmişdir.Limitə sifarişin dəyəri və daşınma haqqı daxildir. Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçmədiyi təqdirdə Dövlət Gömrük Orqanı tərəfindən heç bir rüsum tətbiq olunmur.

Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlamalarınız üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu əldə edirsiniz. Daha sonra, bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilərsiniz. Xatırladaq ki, Şəxsi istifadə limitini (300$) keçdikdə, gömrük orqanı məhsulunuzun kommersiya məqsədli olduğu qənəatinə gəldikdə və ya qadağan olunmuş məhsul olduqda həmin bağlamalar gömrük orqanı tərəfindən saxlanılır. Bununla bərabər bağlamanız gömrük rüsumuna və əlavə dəyər vergisinə tabe edilir. Rüsumun maksimum həddi 36% təşkil edir.

Bəli, çox vacibdir. Yaratdığınız bəyannamələr məhsullarınızı xarici anbarda sürətli və problemsiz şəkildə sistemə əlavə olunmasına və gömrük sisteminə əlavə olunmasına gətirib çıxarır. Bu baxımdan aldığınız məhsullar üçün bəyannamə yaratmağınız çox vacibdir. Xarici anbarımıza daxil olmuş bağlamaların içərisində müştərinin daha öncə bəyan etmədiyi bağlama olduqda və bu bağlamadakı məhsulun qiyməti, tipi və mağazanın adını xarici anbarımızda müəyyənləşdirmək mümkün olmadıqda bu bağlamanın statusu "Natamam bəyannamə" statusuna keçirilərək bununla bağlı müştəriyə məlumat göndərilir. Müştəri şəxsi kabinetində "Natamam bəyənnamə" statusuna daxil olaraq həmin bağlamanı görə və məlumatlarında düzəliş edə bilər. Müştəri yalnız məlumatları tam şəkildə bəyannamədə qeyd etdikdən sonra bağlama yola çıxması üçün hazırlanır. Müştəri bu məlumatları bəyannaməyə daxil edənədək Gömrük orqanlarının tələbinə əsasən bağlamanın göndərişinin həyata keçirilməsi mümkün olmur.

Əgər bağlamanız müəyyən səbəbdən Gömrük tərəfindən saxlanılıbsa, Broker xidmətinə müraciət etməklə Hava Limanına getmədən bağlamanızı təhvil ala bilərsiniz. Bunun üçün saxlanılan bağlama üçün online ödənilməlidir. Xidmət haqqı 40 AZN təşkil edir.

Müştəri Gömrük orqanı tərəfindən saxlanılan bağlamanın daşınma haqqını ödədikdən sonra imtina ərizəsi yazaraq filiala təqdim etməklə imtina prosesini gerçəkləşdirə bilər.

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar, yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika. - Partlayıcı, tezalışan və digər təhlükəli maddələr, eləcə də radioaktiv maddələr olan mayelər (parfumeriya, sprey, lasyon, mist, quru şampun, boyalar və s.) - Tərkibində batareya və maqnit olan avadanlıqlar. (Yanlız Türkiyədən gətirilir) - Telefonlar, powerbank-lar, planşet - Kamerası və səsyazması olan saatlar - Spirtli içkilərin bütün növləri, pivə və tütün məhsulları - Tibbi məhsullar, cərrahi maskalar. - Gizli kamera - Akkumlyatorlar - Amortizatorlar - Hover Board skuteri - Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar - Radioaktiv maddələr. - Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar. - Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar. - Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. - Canlı heyvanlar - Bitki və toxumlar - Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. - Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. - Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. - Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. - Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar. - Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar. Qeyd. Türkiyədən parfümeriya və partlayıcı təhlükəsi olmayan maye məhsullar göndərilə bilər.

Bağlamanı təhvil almaq üçün şəxsiyyət vəsiqəsi və müştəri kodu təqdim edilməlidir. Əgər bağlamanızı başqa şəxs təhvil alırsa, sizin vəsiqənizin əslini və ya şəklini təqdim etməli , həmçinin müştəri kodunuzu bildirməlidir.

Yolda zədələnən və ya hər hansı zərər görən bağlamalara görə məsuliyyət daşımırıq. Bağlamaların zərər görməyəcək şəkildə qablaşdırılmasına görə satıcı mağaza cavabdehdir.

Limiti keçmədiyiniz təqdirdə istənilən sayda bağlama gətirə bilərsiniz. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyiniz zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir. Əgər, siz şəxsi istifadə üçün sifariş edirsinizsə, bunu bağlamanız saxlanıldığı təqdirdə gömrük orqanlarına bildirə bilərsiniz.

1) Ünvan: Sifarişi özünüz icra edərkən Ad, Soyad, digər ünvan detalları saytda sizə verilən kimi olmalıdır. Ünvanın sonunda CD ilə başlayan müştəri kodunuz (ID KOD) mütləq qeyd edilməlidir. ID kod yazılmadıqda və ya ID kod ilə yazılan olan ad və soyad uyğun gəlmədikdə bağlamalar naməluma düşə bilər və naməlum bağlamalara görə müştəri özü məsuliyyət daşıyır. 2) Sifariş edərkən bağlamanın təxmini çatma tarixi göstərilir, bağlama çatdıqdan 48 iş saatı ərzində sistemə daxil edilir. Əgər bağlamanız çatdıqdan 2 gün sonra sistemdə deyilsə, bizə müraciət yaradaraq kargo izləmə kodu və faktura göndərilməlidir. 3) CARGODİEM sadəcə bağlamanın daşınmasını həyata keçirir, məhsulların rəngi, keyfiyyəti və s. detallarına görə bütün məsuliyyət mağazaya aiddir. Şikayət yanlız satıcı səhifəyə edilə bilər.