Şərtlər

"CARGO DİEM" MMC daşınma şirkəti olaraq bağlamaların xaricdən Azərbaycana daşınmasını təmin edir. Heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, xarici anbara vaxtında çatdırılmasına görə məsuliyyət daşımır.

İstifadəçi hər 2 yolla sifarişini bizə yönləndirə bilər :

1. İstifadəçi özü sifariş edib , “Xarici ünvanlarım” bölməsində Türkiyə ofisimizin məlumatlarını qeyd edərək . Bu zaman istifadəçinin bağlamasının daşınmasını bizə həvalə etmiş olur .

QEYD : İstifadəçi sifarişini özü alarsa ,mütləq formada “Bəyannamə” yaratmalı , bağlamasının invoysunu yerləşdirməlidir .

2. “Sifariş et” xidməti vasitəsiylə istifadəçi sifariş vermək istədiyi linkləri bizə yönlədirərək . Beləliklə , istifadəçi həm sifarişin alışını həm də daşınması bizə həvalə etmiş olur

"Sifariş et" xidmətimiz saat 09:00-19:00 aktivdir.Qəbul olunmuş sifarişləri növbəli şəkildə icra edilir . Həmçinin həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirilməsi mümkündür. Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər.

İstifadəçi tl balansına yüklənən məbləği digər məhsulların alınmasında istifadə edə bilər və yaxud da kart hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına bank vasitəsi ilə 14 iş gün ərzində geri qaytarılır.

“Sifariş et” xidmətindən istifadə zamanı 5% bank komissiya haqqı tutulur.

“Sifariş et” xidmətimizdən istifadə zamanı “Ödənildi” statusu aldıqdan sonra sifarişlərdə heç bir dəyişiklik (ölçü, rəng və s. dəyişimi) edilmir.

Sifarişlər verilərkən məhsulların və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsullar təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür.

Sifarişləri eyni anda və birlikdə həyata keçirilir. Buna baxmayaraq məhsullar satıcı mağaza tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər. Məhsullar satıcı mağaza tərəfindən neçə bağlama olaraq xarici anbarımıza çatdırılırsa, hər bağlama ayrılıqda hesablanır.

Xarici anbara daxil olmuş bağlama xarici anbardan birbaşa mağazaya iade edilmir. İstifadəçi tərəfindən qadağan olunmuş və ya daşınması mümkün olmayan məhsul alınaraq xarici anbara göndərildiyi zaman məhsulun iadə kodu 48 saat ərzində satıcı firmadan tələb olunaraq , göndərilməlidir .Əks təqdirdə daşıyıcı firma olaraq məsuliyyətini daşımırıq.

Uzunluğu 1 metrdən yuxarı olan məhsulların çatdırılma ödənişi həcm çəkisinə uyğun hesablanır. Hesablanma qaydası: en x uzunluq x hündürlük / 6000

Beynəlxalq daşıma şərtlərinə görə maye məhsulları digər məhsullardan ayrı daşınmalıdır. "Sifariş et" xidmətimizdən istifadə zamanı maye məhsullar əməkdaşlarımız tərəfindən ayrı-ayrı səbətlərdə təsdiqlənir.

Sifariş edilmiş bağlamalar xarici anbarımıza daxil olduqda bu barədə sifarişçiyə email, sms və tətbiq xəbərdarlığı vasitəsilə məlumat veriləcək. Müştəri bağlamanı ofisimizdən götürə bilər.

Bağlamalarınız yerli anbarda 20 gün ərzində saxlanması ödənişsizdir. Ödənişsiz saxlanma müddəti bitdikdən sonar hər günə görə əlavə 0.50 AZN cərimə məbləği tətbiq olunacaqdır. 45 gündən artıq yerli anbarda qalan məhsul üçün qərar Cargo Diem MMC-yə məxsus olacaqdır.

GÖMRÜK HAQQINDA

Hazırda sifarişlərin şəxsi dəyər limiti bir təqvim ayı ərzində 300 (USD) ABŞ dolları müəyyyən edilmişdir. 300 ABŞ dolları məbləğinədək olduqda gömrük orqanları tərəfindən hər hansı bir rüsuma cəlb olunmur.

Qeyd edək ki, rüsumun maksimum həddi 36% təşkil edir.

Qeyd edək ki, sizin cari ay üzrə limitiniz hesablanarkən həm sifarişlərinizin məbləği, həm də çatdırılma məbləği nəzərə alınır.

Bağlama üçün digər xərclər: 5 AZN sadələşdirilmiş bəyannamə ödənişi, 15 AZN anbara giriş haqqı, 48 saatdan çox bağlamanın anbarda qaldığı hər gün üçün 1 Avro.

  • Sifarişlərin 1 təqvim ayı ərzində ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçdiyi zaman,
  • Sifariş verdiyiniz məhsulun Gömrük orqanı tərəfindən kommersiya məqsədli olduğunu təyin edildikdə,
  • Ölkəyə idxalı qadağan olan məhsullar olduqda sifarişiniz Dövlət Gömrük Orqanları tərəfindən saxlanıla bilər.

Müştəri limiti keçmədiyi təqdirdə istənilən sayda bağlama gətirə bilər. Qeyd edək ki, ay ərzində 2 ədəddən artıq eynicinsli məhsul sifariş etdiyi zaman satış məqsədli olub-olmamasının təyin edilməsi məqsədi ilə gömrük tərəfindən saxlanıla bilər. Satış məqsədli olduğu təqdirdə rüsuma cəlb ediləcəkdir.

Gömrük orqanları tərəfindən saxlanılan bağlamanı yalnız bağlamanın sahibi təhvil ala bilər. Müştəri bağlamanı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşıb bağlama(lar) üçün çatdırılma haqqını ödəyib qaimə və barkodu əldə edir. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə müraciət edərək bağlama(lar) haqqında ətraflı məlumat əldə edib rəsmiləşdirə və Bakı Karqo Terminalında saxlama xərclərini ödəyərək təhvil ala bilər.

Aylıq limit sifariş tarixinə əsasən deyil, bağlamanın Gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən hesablanır.

Daşınması qadağan olunan məhsullar:

Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsi ilə alınması qadağan olunmuş mallar.

  • yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr və hərbi texnika.
  • Maye məhsullar (Türkiyədən maye məhsulların gətirilməsi mümkündür)
  • Telefonlar, tərkibində batareya olan avadanlıqlar, powerbank-lar, planşet
  • Kamerası və səsyazması olan saatlar
  • Spirtli içkilərin bütün növləri və pivə, tütün məhsulları
  • Tibbi məhsullar
  • Gizli kamera
  • Akkumlyatorlar
  • Amortizatorlar
  • Hover Board skuteri
  • Hava nəqliyyatı ilə daşınılması qadağan olunan əşyalar
  • Radioaktiv maddələr.
  • Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimatlar.
  • Əxlaq pozğunluğunun, zorakılığın, terrorizmin təbliğini və reklamını edən materiallar.
  • Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar.
  • Canlı heyvanlar - Bitki və toxumlar
  • Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika.
  • Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat.
  • Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri.
  • Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr.
  • Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.
  • Qanunvericiliyin tələbini ödəməyən digər məhsullar.